YSK 7 İyun seçkilərinin son nəticələrini açıqladı
Ali Seçki Mərkəzi (YSK) 7 İyun seçkisinin qəti nəticələrini elan edib.
Nəticəyə görə, AK Partiya (Ədalət və İnkişaf Partiyası) 258, Cümhuriyyət Xalq Partiyası 132, Milliyyətçi Hərəkat Partiyası 80 və Xalqların Demokratiyası Partiyası 80 olmaqla Türkiyə Böyük Millət Məclisində vəkil yeri qazanıblar.
YSK sədri Sedi Güvən etdiyi şərhdə AK Partiyanın 40,87, CHP-nin 24,95, MHP-nin 16,29, HDP-nin isə 13,12 fazi səs topladığını bildirib.
Ölkənin daxili və xaricində açılan seçki qutularından ümumilikdə 47 milyon 507 min 467 adamın səs verdiyi məlum olub. Bu da seçkilərdə iştirak sayının 83,92 faiz olduğu deməkdir.
Sedi Güvən seçkilərin şəffaf və təhlükəsiz şəraitdə keçdiyini söyləyib.
YSK-nin bu məlumatından sonra sırada andiçmə mərasimi gəlir.
25-ci dövrdə vəzifələrini icra edəcək millət vəkilləri çərşənbə axşamı günü andiçmə mərasimi üçün saat 15.00-da Türkiyə Böyük Millət Məclisi Baş İdarəsində olacaqlar.
Ən yaşlı üzv CHP-li Deniz Baykalın müvəqqəti sədrliyilə Məclisdə millət vəkilləri bölgələr üzrə sıralanaraq kürsüyə çıxacaq və Konstitusiyadan andiçmə mətnini oxuyacaqlar.
Milli Məclisin ilk ilcasında yeni Məclis sədrinin seçilməsi üçün səsvermə keçiriləcək.
Məclisin toplandığı gündən etibarən beş gün içində namizədlər Nazirlər Kabinetinə (Başkanlık Divanı) bildiriləcək.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718889989)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718889989)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq