Türkiyədə vəhşi heyvanları təbiət qoynunda görmək

Qaziantepdə açılan və 25 növdən təxminən 250 heyvanın təbiət qoynunda sərbəst gəzdiyi Türkiyənin ilk safari parkını açılışından bu yana 375 min nəfər onu görməyə gəlib.

304528
Türkiyədə vəhşi heyvanları təbiət qoynunda görmək

  Sahə və saxladığı növlər baxımından Türkiyənin ən böyük, Avropanın üçüncü və dünyanın isə dördüncü böyük zooparkı sayılan Safari park Qaziantep Zooparkının 150 dönüm ərazisində inşa edilib və Türkiyədə bir ilkdir.

  Safari parka gələnlər xüsusi hazırlanan vasitələrlə heyvanları təbət qoynunda arada dəmir məftillər olmadan görmə imkanı əldə ediblər.

  Qeyd edək ki, Safari park adını Afrikadan alır. Vəhşi heyvanları təbii olaraq görməyə safari deyilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr