Xarici İşlǝr Nazirliyi Anastasiadisin açıqlamasına reaksiya göst
Xarici İşlǝr Nazirliyi Cǝnubi Kıbrıs Rum İdarǝsinin lideri Anastasiadisin müzakirǝ prosesini Türkiyǝdǝki hökumǝti qurma fǝaliyyǝtlǝrilǝ ǝlaqǝlǝndirmǝsinǝ reaksiya göstǝrib.
Xarici İşlǝr Nazirliyi Cǝnubi Kıbrıs Rum İdarǝsinin lideri Anastasiadisin müzakirǝ prosesini Türkiyǝdǝki hökumǝti qurma fǝaliyyǝtlǝrilǝ ǝlaqǝlǝndirmǝsinǝ reaksiya göstǝrib.
Xarici İşlǝr Nazirliyinin açıqlamasında bildirib ki, Cǝnubi Kıbrıs Rum İdarǝsinin lideri Anastasiadisin Adada mǝsǝlǝnin hǝllinǝ dair müzakirǝ prosesini ölkǝmizdǝki hökumǝti qurma fǝaliyyǝtlǝrinǝ ǝlaqǝlǝndirmǝyǝ cǝhd göstǝrmǝsi tǝǝccüblǝ qarşılanmışdır.
Xarici İşlǝr Nazirliyi bu açıqlamanı “qǝrǝzli bir manevr” olaraq dǝyǝrlǝndirib.
Açıqlamada o da vurğulanıb ki, Türkiyǝnin uzun tarixǝ sahib bir dövlǝt ǝnǝnǝsi var vǝ beynǝlxalq sahǝdǝ verilǝn sözlǝrǝ hǝr zaman hǝssas şǝkildǝ yanaşıb vǝ yerinǝ yetirib, bundan sonra da bunu davam etdirǝcǝkdir.
Kıbrısda ǝdalǝtli vǝ hǝyata keçirilǝ bilǝcǝk hǝll yoluna yaxın zamanda qovuşulmasına göstǝrdiyi dǝstǝyini davam etdirǝcǝyi dǝ açıqlamada vurğulanıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq