Hər yerdə Türkiyə var

BMT Yaxın Şərq və Şimali Afrika Region Ofisi Tərəfdaşlıq Siyasəti və Araşdırmaları Xidmətinin məsulu işçisi Samir Elhavari (Elhawary) BMT-nin suriyalı qaçqınlar mövzusunda Türkiyənin yükünü paylaşmadığı yolundakı tənqidləri haqlı hesab edib.

302019
Hər yerdə Türkiyə var

  2015-ci ilin mayında keçiriləcək BMT Beynəlxalq Yardım Zirvə Toplantısına (WHS) hazırlıq məqsədilə təşkil edilən Türkiyə Milli Müşavirəsində iştirak etmək üçün Elhavari İstanbula gəlib.

  Toplantıda çıxış edən Samir Elhavari deyib:
- Birləşmiş Millətlər Təşkilatı suriyalı qaçqınları himayə edən İordaniya, Livan və Türkiyə kimi ölkələrə istiqamətli işlər görməyə çalışır. Bu işlər qaçqınların ehtiyaclarını təmin etməklə yanaşı 3-cü dərəcəli ölkələrə nəzarətsiz giriş tənzimləmələrini də əhatə edəcək.

  BMT səlahiyyətlisi çıxışında İstanbulda toplanacaq Humanitar Yardım Zirvə Toplantısının da əhəmiyyətinə diqqət çəkib.

  Türkiyənin dünyada oynadığı rol barədə isə TRT əməkdaşına Elhavari belə deyib:
- Təkcə maddi yardım məsələsində deyil, Türkiyə siyasi inkişaf prosesində də dünyada mühüm rola sahibdir. Son illər həm təbii fəlakət bölgələri, həm humanitar yardım əsaslı məqamlar, həm də qarşıdurma meydanlarınının az qala hamısında Türkiyə var.

  Toplantıda iştirak edən 30 qeyri-hökumət təşkilatı da Türkiyənin humanitar yardım sahəsində gəldiyi nöqtəni müzakirə ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr