Türkiyənin Qızılay Cəmiyyətinin yardımları davam edir

Türkiyənin Qızılay Cəmiyyəti 147 illik tarixində 90 fərqli ölkədə ehtiyacı olanların yanında olub

301413
Türkiyənin Qızılay Cəmiyyətinin yardımları davam edir

Bölgənin ən ən güclü yardım təşkilatı olan Türkiyənin Qızılay Cəmiyyəti 147 yaşında, getdikcə artan etibarı ilə ehtiyacı olanlara kömək etməkdə davam edir. Bu gün cəmiyyətin, 8 ayrı bölgədə Fövqəladə və Logistik Mərkəzi, Təcili komunikasiya sistemi, 25 Yerli Fövqəladə Mərkəzi var. Türkiyənin Qızılayı 300.000 nəfərə təcili sığınma və yardım imkanı verə biləcək imkana malikdir.
İctimai həmrəyliyi təmin etmək, ictimai rifahın inkişafına töhfə vermək, yoxsul və möhtac insanlara sığınma, bəslənmə və səhiyyə yardımı etmək kimi əhəmiyyətli vəzifələri yerinə yetirən Cəmiyyət, səhiyyə, sosial yardım, gənclik və təhsil sahələrində də xidmətlər təqdim edir.
Türkiyənin Qızılay Cəmiyyəti 147 illik tarixində 90 fərqli ölkədə ehtiyacı olanların yanında olub. Beynəlxalq arenada reallaşdırılan bu yardımlar şübhəsiz ki, Türkiyənin tanıdılmasında da böyük rol oynayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr