Türkiyə Ümumdünya Meteorologiya Təşkilatı İcra Şurasında iştirak

İsmail Günəş Şuraya üzv seçilib

299649
Türkiyə Ümumdünya Meteorologiya Təşkilatı İcra Şurasında iştirak

İsveçrənin Cenevrə şəhərində təşkil edilən 17-ci Ümumdünya Meteorologiya Konqresində keçirilən seçkilərdə, İsmail Günəş, Dünya Meteorologiya Təşkilatı (WMO) İcra Şurasına üzv seçilib. Bununla da Türkiyə 192 üzvü olan Dünya Meteorologiya Təşkilatı İcra Şurasında ilk dəfə iştirak etmiş oldu. Avropa qrupunda ən yüksək səs alan Türkiyə, Şuraya 116 səslə seçilib. Dörd ildən bir seçilən İcra Şurasının ilk toplantısı, 15-17 iyun tarixlərində Cenevrədə keçiriləcək.
Gündəlik hava proqnozları, qütblərdəki buzlaqlarda meydana gələn dəyişikliklər, fövqəladə hava hadisələrində xəbərdarlıq, təbii fəlakət riski, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri, su qaynaqlarının planlaşdırılması kimi sahələrdə göstərilən meteoroloji xidmətlərin əlaqələndirilməsi Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən icra edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr