Son illərin ən çox iştirakı olan seçki

Ali Seçki İdarəsi 25-ci dövr Millət vəkili seçkilərilə bağlı müvəqqəti seçki nəticələrini açıqlayıb.

298857
Son illərin ən çox iştirakı olan seçki

  ASİ-dan (YSK) verilən məlumata görə, 56 milyon 609 min qeydiyyatdan keçən seçicilərin 47 milyon yarımı səsvermədə iştirak edib.

  Bu rəqəmlərə əsasən 7 iyun seçkiləri 83,92 faiz nisbətiylə son illərin ən çox iştirakı olan seçki sayılıb.

  7 iyun seçkilərində 1 milyon 346 min seçicinin səsi etibarsız hesab edilib.

  Məlumata görə, səddi keçən dörd partiya aşağıdakı faiz nisbətlərilə bunlardır:

1) AKP – 40,87,
2) CHP – 24,95,
3) MHP – 16,29,
4) HDP – 13,12.

  Seçkinin nəticə protokollarını siyasi partiyalara göndərən Ali Seçki İdarəsi bildirib ki, rəsmi seçki nəticələrinin etiraz müddəti dolduqdan 10-12 gün sonra qəti şəkildə elan ediləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr