Türkiyə suvarma təcrübələrini paylaşır

Türkiyənin Cənub-Şərqi Anadolu Projesi (GAP) çərçivəsində suyun məhsuldar istifadəsindəki təcrübələri Mərakeş, Uqanda və Burkina Fasoya model olacaq.

298487
Türkiyə suvarma təcrübələrini paylaşır

  Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı İdarəsinin (FAO) dəstəyilə Mərakeş, Uqanda və Burkina Fasodan gələn mühəndislərdən ibarət mütəxəssislərə Şanlıurfada bir həftə ərzində Türkiyə Respublika tarixinin ən böyük layihəsi olan GAP izah ediləcək.

  Xüsusilə, kənd təsərrüfatı su-meliorasiya rəhbərliyinin suyun istifadəsiylə bağlı GAP-ın təcrübəli koordinatorlarının Afrika ölkələrində suvarma təsərrüfatında məhsuldarlıq və məhsuldarlığın artırılması mövzusunda nəzəri və tətbiqi paylaşmaları olacaq.

  GAP Region İnkişaf İdarəsinin (BKİ) sədr müavini Mehmet Açıkgöz FAO ilə suyun təsirli və məhsuldar istifadəsinə istiqamətli ortaq təlim proqramıyla bağlı "Bu həm təlim, həm təcrübə mübadiləsi, həm də fərqli ölkələrin imkanlarının qarşılıqlı faydalanması olacaq" deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr