Türkiyədə partiyalar üzrə səsvermə nəticələri

Bu gün saat 06.00-da 174.195 seçki qutusu açılıb.

295795
Türkiyədə partiyalar üzrə səsvermə nəticələri

  25-ci dövr Parlament (millət vəkilliyi üzrə) səsverməsinin nəticələri bəyan edilib.

  Seçkilərdə vətəndaşların 86,63 faizinin iştirak etdiyi bildirilir.

  Səslərin partiyalara görə faiz nisbəti təxminən belə olub:

Ədalət və İnkişaf Partiyası (Adalet ve Kalkınma Partisi) 40,86 %,
Cümhuriyyət Xalq Partiyası 25 %,
Milliyyətçi Hərəkat Partiyası 16,33 %,
Xalqların Demokratiyası Partiyası 13,07 %.

  Yəni AK Partiya - Ədalət və İnkişaf Partiyası Türkiyə Böyük Millət Məclisində 258, Cümhuriyyət Xalq Partiyası 132, Milliyyətçi Hərəkat Partiyası 81, Xalqların Demokratiya Partiyası isə 79 millət vəkili yeri qazanıb.

  Nəticələrə görə, heç bir partiya təkbaşına hökumət qura bilməyib, yəni Parlamentin 276 yerinə sahib olmayıb.

  Ali Seçki İdarəsinin (YSK) sədri Sadi Güvən deyib: “Etiraz müddətləri nəzərə alındığı üçün qəti seçki nəticələri 11-12 gün sonra açıqlanacaq. Nəticələrin ölkəyə xeyirli olmasını diləyirəm”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr