"Böyük bir müvəffəqiyyət əldə etdik", S.Demirtaş və F.Yüksekdağ

Seçki nəticələri açıqlandıqdan sonra AKP-dən sonra digər partiyalar arasında ilk açıqlama Xalqların Demokratiyası Partiyası HDP-dən gəlib.

295796
"Böyük bir müvəffəqiyyət əldə etdik", S.Demirtaş və F.Yüksekdağ

  HDP-nin həmsədrləri Selahattin Demirtaş və Figen Yuksekdağ birlikdə İstanbulda çıxış ediblər.

  Demirtaş HDP-nin səsvermə səddini keçməsini "Möhtəşəm bir zəfər və böyük bir müvəffəqiyyət" adlandıraraq seçkinin nəticələrini “bütün əzilənlərin və uzaqlaşdırılanların uğuru” sayıb və deyib: "Seçki kampaniyası boyu nə vəəd etdiksə, bütün sözlərimizin dalında dururuq. Meydanlarda nə bəyan etdiksə, arxasındayıq. Artıq HDP gerçək bir Türkiyə partiyasıdır. Bunun qürurunu həmişə birlikdə yaşayacağıq. Bizə səsini verənləri xəcalətli etməyəcəyik."

  HDP-nin digər həmsədri Figen Yuksekdağ da nəticələri "Türkiyədə böyük sədd keçildi" deyə qiymətləndirib və partiyasının 40 faiz qadın təmsilçisi ilə Türkiyə seçki tarixində böyük bir sıçrayış etdiklərini söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr