Türkiyә Böyük Millәt Mәclisinә seçki keçirilir

20 siyasi partiya və 165 müstəqil namizəd, Türkiyə Böyük Millət Məclisinə daxil ola bilmәk üçün yarışır.

294877
Türkiyә Böyük Millәt  Mәclisinә seçki  keçirilir

Türkiyə әrazisindә 20 siyasi partiya və 165 müstəqil namizəd, Türkiyə Böyük Millət Məclisinə daxil ola bilmәk üçün yarışır.
53 milyon 765 min 231 seçici, parlament üzvlərini təyin edəcək.
Ölkә әrazisindә saat 8-də başlayan səs vermə işi 17.00-yә qədər davam edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan vә həyat yoldaşı Əminə xanım Ərdoğan ilә qızı Sümeyye Ərdoğan İstanbul Üsküdarda Saffet Çebi adına orta mәktәbdәki seçki mәntiqәsinә gedәrәk sәs verib.
Seçkiyə iştirakın yüksək olduğunu ifadə edən prezident, bunun güclü demokratiya arzusunun göstәricisi olduğunu qeyd edib.
Baş nazir Əhməd Davudoğlu Konyada sәs verәrkәn, həyat yoldaşı Sare Davudoğlu vә oğlu Mehmet Davudoğlu da Ankarada səs verib.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Ankara Gölbaşında, MHP lideri Dövlət Bahçeli, Baş nazir müavini Yalçın Akdoğan, Baş qərargah rәisi General Necdət Özәl Ankarada, HDP lideri Selahattin Demirtaş, İstanbul Sultanbeylidә sәs verib.
Qeyd edәk ki, Radiolar və hər cür nəşr orqanları saat 18.00-ә dәk seçki və seçki nəticələri ilə əlaqədar xəbər vә mәruzә yayımlaya bilmәyәcәklәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr