Türkiyə humanitar yardımla bağlı öndə gedən ölkədir

“Türkiyə dünyanın hər yerində sözü keçən, qərar mexanizmlərində olan və səsi dinlənilən bir ölkə halına gəlib”, bunu Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

293754
Türkiyə humanitar yardımla bağlı öndə gedən ölkədir

  Türkiyənin insana dəyər verən xarici siyasət yürütdüyünü vurğulayan Çavuşoğlu: “Humanitar yardımlarıyla Türkiyə dünyada üçüncü, amma milli gəlirlərinə görə birincidir” deyib.

  Türkiyənin 15 il əvvəl 1 milyard dollar almaq üçün BVF-nin qapısında gözlədiyini, ancaq son illər 3-4 milyard dollar ətrafında rəsmən inkişaf etdiyini söyləyən nazir: "Somaliyə yardım edir, Sudanda xəstəxana tikir, Balkanlarda yollar salır, su çəkdirir, ayrı-ayrı ölkələrdə olan tarixi əsərlərimizi bərpa edirik. Dünyanın hər yerinə inkişaf yardımları verən öndər bir ölkə olduq" sözlərini diqqətə çatdırıb.

  Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının ən aktiv ölkələrindən biri olmuş Türkiyənin bir çox qurumlarda həm də həmsədr kimi iştirak etdiyini vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr