Türkiyə Gediz hərbi gəmisi Yaponiyaya çatdı

Türkiyə Gediz hərbi gəmisi Osmanlı “Ərtoğrul” freqatının Yaponiya səfərinin 125-ci ildönümü münasibətilə yola çıxdığı tarixi səfərinin son dayanacağı olan Yaponiyanın Kuşimoto sahillərinə çatıb.

291941
Türkiyə Gediz hərbi gəmisi Yaponiyaya çatdı

 Türk döyüş gəmisi 1 apreldə Marmarisdən başladığı müasir tarixi səfərini Karaçi, Mumbai, Hong Kong, Kuala Lumpur və Busan limanlarından və 8 ölkəni keçərək gedib.

 “Ərtoğrul” freqatının 125 il əvvəl batdığı yerə lövbər atan Türkiyə Gediz hərbi gəmisinə yerli xalq böyük maraq göstərib.

 TCG Gedizin 125 il əvvəlki “Ərtoğrul” freqatının yoluyla gəldiyi son dayanacaq Kuşimitoda xatirə mərasimləri olacaq ki, burada Türkiyə Böyük Millər Məclisinin sədri Cəmil Çiçək və Yaponiya şahzadəsi Akiko Jouo də iştirak edəcəklər. Gəmidə ediləcək mərasimdən sonra dənizə çiçəklər atılacaq, daha sonra Yaponiyadakı Türkiyə muzeyinə gediləcək və bölgədəki Atatürk heykəli ziyarət olunacaq.

 Osmanlı hərbi gəmisi “Ərtoğrul” freqatının batmasının 125-cü ildönümü münasibətilə olan tədbirlər çərçivəsində sərbəst dalğıclıq üzrə dünya çempionu Şahika Ercümen dənizə atılacaq. Türkiyə milli idmançısına Türkiyə və Yaponiya Dəniz Qüvvələri də yoldaşlıq edəcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr