Volkan Bozkır Avropa Parlamentinin sǝdrinǝ mǝktub ünvanlayıb

Avropa İttifaqı naziri Volkan Bozkır Avropa Parlamentinin bu ay açıqlayacağı Türkiyǝ barǝsindǝki hǝsabata dair Türkiyǝnin hǝssaslıqlarına bir daha diqqǝt çǝkib.

301688
Volkan Bozkır  Avropa Parlamentinin sǝdrinǝ mǝktub ünvanlayıb

Avropa İttifaqı naziri Volkan Bozkır Avropa Parlamentinin bu ay açıqlayacağı Türkiyǝ barǝsindǝki hǝsabata dair Türkiyǝnin hǝssaslıqlarına bir daha diqqǝt çǝkib.
Nazir Bozkır Avropa Parlamentinin sǝdri Martin Şultz, Xarici İşlǝr Komitǝsinin sǝdri Elmar Brok vǝ siyasi qrup liderlǝrinǝ Türkiyǝnin hǝssaslıqlarını dilǝ gǝtirǝn mǝktub ünvanlayıb.
Bozkır mǝktubunda üç ǝsas maddǝyǝ diqqǝt çǝkǝrǝk bildirib ki, hesabatın qǝbul edilǝcǝk yekun mǝtnindǝ, Avropa Parlamentinin 1915-ci il hadisǝlǝrinǝ dair cari ilin aprel ayının 15-dǝ qǝbul etdiyi qǝrarına diqqǝt çǝkilǝcǝyi tǝqdirdǝ, PKK-nın Avropa İttifaqı terror tǝşkilatı siyahısından çıxarılması üçün çağırış edilǝrsǝ, Türkiyǝnin İttifaqa üzv qǝbul edilmǝsi üçün keçirilǝn müzakirǝlǝrǝ mǝnfi tǝsir edǝcǝk xüsusiyyǝtdǝ yeni fǝsillǝr açılmayacağı vǝ yaxud da bu prosesdǝn ǝvvǝl maliyyǝ yardımların tǝxirǝ salınması mǝqsǝdilǝ çağırış edilmǝsi kimi mövzular yer alacağı tǝqdirdǝ Avropa Parlamentinin hǝsabatı Türkiyǝ üçün qǝbul edilmǝz xüsusiyyǝtdǝ olacaqdır.
Avropa İttifaqı naziri Volkan Bozkır ayrıca qeyd edib ki, hesabatda Kıbrıs mǝsǝlǝsinin hǝlli üçün Adada davam edǝn müzakirǝ prosesinǝ mǝnfi tǝsir göstǝrǝcǝk maddǝlǝr yer tutmamalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr