Qəzzada 1 gündə 4 min fələstinli ailə qurdu

Qəzzada Türkiyə Diyanət İşləri İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən kütləvi nikah mərasimində 4 min nəfər, yəni 2 min fələstinli cüt nikahlanıblar.

299661
Qəzzada 1 gündə 4 min fələstinli ailə qurdu

  TİKA-nın Fələstin üzrə koordinatoru Bülent Korkmaz nikah mərasimində etdiyi çıxışı zamanı deyib: "Türkiyə hökumət və xalq olaraq bu gün sizin yanınızda olmaqdan böyük xoşbəxtlik duyur. Türkiyə hər zaman fələstinlilərə kömək edəcək".

  Mərasimdə Həmas Siyasi Bürosunun sədr müavini İsmail Heniyye də Türkiyənin fələstinliləri hər mövzuda dəstəklədiyini təsdiq edərək dövlət başçısı Rəcəb Tayyib Ərdoğana, Türkiyə hökumətinə və xalqına təşəkkürlər bildirib.

  R.T.Ərdoğan TRT-nin canlı verilişində çıxışı zamanı nikahları kəsilən 2 min cüt gəncə xoşbəxtlik diləyərək Türkiyənin hər zaman Qəzzaya yardımlarda davam edəcəyini söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr