Budurmu demokratiya və azadlıq anlayışınız?

Belçika Parlamentinin üzvü Mahinur Özdemir 1915-ci il hadisələriylə bağlı erməni iddialarını rədd etdiyi üçün partiyasından xaric edilməsinə dair qərar verilib.

300438
Budurmu demokratiya və azadlıq anlayışınız?

  Xarici İşlər naziri Mevlüt Çavuşoğlu partiyadan xaric olma qərarına "Budurmu demokratiya və azadlıq anlayışınız?" deyə təpki göstərib.

  Mevlüt Çavuşoğlu ictimai mediadan paylaşdığı mesajında M.Özdemirin Demokratik Humanist Mərkəz Partiyasından xaric edilməsini qəbuledilməz hal kimi dəyərləndirib.

  Xarici İşlər Nazirliyinin katibi Tanju Bilgiç isə verdiyi yazılı məlumatda "Özdəmirin partiyadan xaric edilməsindən dərin təəssüf duyuruq" deyə bildirib.

  Şərhdə yazılır: "Köklü bir demokratiya ənənəsinə malik olan Belçikada bir siyasi partiyanın demokratik dəyərlərlə ziddiyyət təşkil edən bu qərarını heyrətlə qarşılayırıq". Hadisəni “özündən uzaqlaşdıran və cəmiyyət içinə nifaq toxumları səpən” adlandıran Bilgiç qərarın Avropada uyğunlaşma problemlərinin həllinə deyil, daha da dərinləşməsinə səbəb olacağını söyləyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr