İslam Əməkdaşlıq Təşkilatının 42-ci Xarici İşlər Nazirləri konfr

Tədbirdə bölgədə baş verǝn böhranların həlli yolları, terrorla mübarizə, İslamofobia və immiqrant problemləri kimi bir çox regional mövzular müzakirə edilib.

296055
İslam Əməkdaşlıq Təşkilatının 42-ci Xarici İşlər Nazirləri konfr

Küveytdə İslam Əməkdaşlıq Təşkilatının 42-ci Xarici İşlər Nazirləri konfransı keçirilib.
Türkiyəni, Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun təmsil etdiyi tədbirdə bölgədə baş verǝn böhranların həlli yolları, terrorla mübarizə, İslamofobiya və immiqrant problemləri kimi bir çox regional mövzular müzakirə edilib.
Toplantı çərçivəsində ikitərəfli görüşlər də keçirən Çavuşoğlu, arakanlı müsəlmanlar mövzusunda Türkiyənin hər cür köməyə hazır olduğunu vurğulayıb. Arakanlı müsəlmanlar üçün yaşayış yerlərinin inşası mövzusunda Türkiyənin təcrübəsi olduğunu ifadə edən Çavuşoğlu, “Onlara hər sahədə yardım edəcəyimizi, maddi, mənəvi və texniki dəstək verəcəyimizi söylədik” deyə bildirib.
Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirlərinin İslam Əməkdaşlıq Təşkilatı rəhbərliyində bir araya gəlmələrindən də danışan Çavuşoğlu, bu cür platformaların əslində dialoq üçün əhəmiyyətli bir fürsət olduğunu qeyd edib. Yəmən probleminin dialoqla həll edilə biləcəyini dǝ ifadə edən Çavuşoğlu mǝsǝlǝnin siyasi dialoqlarla həllǝ qovuşdurulmasının ǝn düzgün yol olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr