Almaniyada Türkiyə parlamentinə seçkilərdə iştirak

Türkiyə Böyük Millət Məclisi Avropa İttifaqı üzrə Komissiyası sədrinin vəkili Yıldırım Ramazanoğlu Almaniyada yaşayan Türkiyə vətəndaşlarının parlament seçkiləri üçün səsvermədə iştirakı barədə danışıb.

296358
Almaniyada Türkiyə parlamentinə seçkilərdə iştirak

  Ramazanoğlu Almaniyanın Hannover şəhərində TRT-yə verdiyi müsahibədə deyib: “Türkiyənin parlament seçkilərini bütün dünya yaxından izləyir. Almaniyadakı Türkiyəli seçicilər təbii ki, kənarda qalmamalı, qonşularını və yaxınlarını da səs verməyə çağırmalıdırlar.”

  Vətəndaşların seçkilərdə iştirak etmək üçün ciddi bir səy içində olduqlarını və ailələriylə birlikdə uzaq yerlərdən seçki bölgələrinə gəldiklərini bildirən Ramazanoğlu seçkilərdə iştirak edənlərin 20-30 faiz artdığını deyib.

  Almaniya və Türkiyə hökumətlərinin səfirlik və konsulluqla əməkdaşlıq içərisində çalışdıqlarını söyləyən Yıldırım Ramazanoğlu bütün səsvermə prosesi əsnasında protokol tutulduğunu və vətəndaşların rahat şəkildə səs verməsi təmin olunduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr