Türkiyə təyyarə istehsal edəcək

Dizaynı 2020-ci ildə də tamamlanacaq ilk yerli sərnişin təyyarəsi, 2023-ci ildə test ediləcək.

294602
Türkiyə təyyarə istehsal edəcək

İstanbulda Türkiyə sərnişin təyyarəsinin istehsalı üçün imzalar atılıb.

İlk yerli təyyarənin istifadəsi 2023-ci ilə planlaşdırılır.
Ötən gün İstanbulda Baş nazir Əhməd Davudoğlu layihə barədə danışıb.
Yerli təyyarə layihəsi iki mərhələdə həyata keçiriləcək.
İlk etapda Türkiyədə 35 sərnişin tutumlu təyyarələr dizayn ediləcək və 2019-cu ildə uçuşa hazır vəziyyətdə olacaq.
İkinci mərhələdəki TRJ 628 isə tamamilə Türk mühəndislərinin dizaynı olacaq.
70 sərnişin tutumlu təyyarə, regional uçuşlarla bərabər, hərbi, VİP və təcili yardım istifadəsinə da uyğun olacaq. Dizaynı 2020-ci ildə də tamamlanacaq ilk yerli sərnişin təyyarəsi, 2023-ci ildə test ediləcək.
Türkiyənin istehsal etməyi planladığı sərnişin təyyarələri üçün təxminən bir milyard yarım dollar sərmayə ayrılacağı gözlənilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr