Dövlət Teatrları mükafatlandırıldı

"EFFE" keyfiyyət sertifikası ilə təltif edildi

291080
Dövlət Teatrları mükafatlandırıldı

  
Reallaşdırdığı milli və beynəlxalq festivallarla Türk teatrının dünya səviyyəsində təmsilində böyük rol oynayan Dövlət Teatrları, Avropa Festivallar Birliyi tərəfindən "EFFE" keyfiyyət sertifikası ilə təltif edilmişdir.
EFFE , Avropada həyata keçirilən sənət festivallarını kǝşf etmǝk üçün,peşəkarlar və vətəndaşlar qarşısında bir festival portalı olmağı qarşısına məqsəd qoymuşdur.
Dövlət Teatrlarının, EFFE- "Avropa üçün Festivallar, Festivallar üçün Avropa" layihəsi çərçivəsində, Antalya Beynəlxalq Teatr Festivalı və Beynəlxalq Adana Teatr Festivalı ilə bu mükafata layiq görüldü.
Bu Layihǝdǝ milli ekspertlər və beynəlxalq münsif üzvlərinin qiymətləndirmələri nəticəsində 31 ölkədən 761 festival keyfiyyət sertifikası ilə təltif edilmişdir.
Avropa Komissiyası və Avropa Parlamentinin qatqılarıyla hazırlanan layihǝdǝ ,sənətə bağlılıq, beynəlxalq və universal dünyagörüşü meyarlar kǝşf etmǝk, yeni bir beynəlxalq festival platforması yaratmaq, vətəndaşlar və professionalların festivallara asanca giriş təmin edə bilmələri məqsəd qoyulur.
Layihə ilǝ sənətə, cəmiyyətə və Avropa dəyərlərinə dərindən bağlı festivallar arasında əlaqə qurularkən, dünya səviyyəsindəki tamaşaçıların, seçilən festivallara istiqamətli ən doğru və aktual məlumata asanca çatması təmin edilir.
Dövlət Teatrlarının Ümumi Sənət Rejissoru Necat Birecik, Dövlət Teatrının 1949-ci ildən bu yana yığdığı peşə təcrübə və yaradıcı ünsürləri artıq dünya miqyasında bir müvəffəqiyyətə daşıdığını ifadə etdi:
"Türk Teatrının lokomotivi sayılan Dövlət Teatrı, Türkiyənin hər bölgəsində reallaşdırdığı beynəlxalq festivallarla marka keyfiyyətini hər keçən gün inkişaf etdirir. Bu müvəffəqiyyət Dövlət Teatrının səmimi əməyinin və tamaşaçısına duyduğu hörmətin bir nəticəsidir" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr