Xarici işlǝr naziri Mevlüt Çavuşoğlu Hollandiyada sǝfǝrdǝdir

Çavuşoğlu Haaqada iş adamları ilǝ bir araya gǝlib.

288847
Xarici işlǝr naziri Mevlüt Çavuşoğlu Hollandiyada sǝfǝrdǝdir

Xarici işlǝr naziri Mevlüt Çavuşoğlu Hollandiyada sǝfǝrdǝdir
Çavuşoğlu Haaqada iş adamları ilǝ bir araya gǝlib.
Nazir “Bütün Sǝnayeçi vǝ İş Adamları Dǝrnǝyi”nin tǝşkil etdiyi yığıncaqda Hollandiyada fǝaliyyǝt göstǝrǝn Türk iş adamları ilǝ yanaşı qeyri-hökumǝt tǝşkilatlarının nümayǝndǝlǝrilǝ dǝ görüşüb.
Çavuşoğlu yığıncaqda etdiyi çıxışda Avropadakı Türk iş adamlarının yaşadıqları ölkǝlǝrdǝki iqtisadiyyata önǝmli sǝviyyǝdǝ dayaqlarının olduğunu vurğulayıb vǝ onları Türkiyǝdǝ dǝ sǝrmayǝ qoymağa dǝvǝt edib.
Ölkǝ xaricindǝ yaşayan vǝtǝndaşların seçkilǝrdǝ sǝs verǝ bildiklǝrini diqqǝtǝ çatdıran nazir Hollandiyadakı vǝtǝndaşları da sǝs vermǝyǝ çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr