Türkiyə Ukraynaya da humanitar yardım edir

Türkiyə Ukraynanın şərqindəki Luqanska humanitar yardım göndərib.

289507
Türkiyə Ukraynaya da humanitar yardım edir

  Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən qida, təmizlik və digər məhsullardan ibarət 20 tonluq humanitar yardım Ukrayna Fövqəladə Hallar naziri Nikolay Çeçotkinə təslim edilib.

  Türkiyənin Ukrayna üzrə səfiri Yönet Can Tezel deyib: “Ümumi dəyəri 42 min dollar olan humanitar yardım Türkiyənin qürur qaynağı TİKA tərəfindən verilib. Yardımlar cəbhə xətti yaxınlığında yaşayan Ukrayna xalqına paylanacaq. Türkiyə yaxınlarda yenə Ukraynaya humanitar yardım göndərəcək.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr