İngilis siyasətçisi Türkiyə vətəndaşı oldu

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu İngiltərənin Millət vəkillərindən biri olan Robert Con Volterə (John Walter) öz imzaladığı Türkiyə Cümhuriyyəti Kimliyini (şəxsiyyət vəsiqəsini) təqdim edib.

289128
İngilis siyasətçisi Türkiyə vətəndaşı oldu

  66 yaşlı Robert John Walter 1997-2015-ci illərdə Mühafizəkar Partiyasının Şimali Dorset bölgəsi üzrə deputatı idi.

  Çavuşoğlu Volterlə Avropa Şurası Parlament Məclisində illərlə birlikdə çalışıblar.

  London səfirliyində təşkil edilən mərasimdə Türkiyə vətəndaşı olmaq istəyən Con Volterə Türkiyə Kimliyini təqdim etməklə Mevlüt Çavuşoğlu bu dostluğu daha gücləndirən addım atıb.

  Qarşılığında Volter deyib: "Türkiyəli oldum. Çox xoşbəxtəm. Türkiyədə gözəl günlər keçirməyi səbirsizliklə gözləyirəm".

  Qeyd edək ki, Volter Türkiyəli həyat yoldaşı Fəridə Alpla tez-tez Türkiyəyə gəzməyə gəlir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr