5 ildǝn sonra hadisǝ yerindǝ tǝhqiqat aparılıb

İsrailin “Mavi Mǝrmǝrǝ” gǝmisinǝ etdiyi qanlı hücumla bağlı mǝhkǝmǝ prosesindǝ 5 ildǝn sonra hadisǝ yerindǝ tǝhqiqat aparılıb.

289024
5 ildǝn sonra hadisǝ yerindǝ tǝhqiqat aparılıb

İsrailin “Mavi Mǝrmǝrǝ” gǝmisinǝ etdiyi qanlı hücumla bağlı mǝhkǝmǝ prosesindǝ 5 il fasilǝdǝn sonra hadisǝ yerindǝ tǝhqiqat aparılıb.
Mǝhkǝmǝ heyǝti gǝmidǝki tǝhqiqat zamanı şahidlǝrdǝn hücumun detallarını dinlǝyib. Heyǝt bir ay ǝrzindǝ hesabat hazırlayacaq.
Qeyd edǝk ki, 2010-cu il ayın 31-də İsrailin Hərbi Dəniz Qüvvələri Qəzza bölgəsinə humanitar yardım aparan "Mavi Mǝrmǝrǝ” gəmisinǝ beynǝlxalq sularda hücum etdi. İsrail Silahlı Qüvvǝlǝrinin müdaxiləsi nəticəsində Türkiyənin "Mavi Mərmərə" gəmisində 10 sülhməramlı həlak oldu, 56 nǝfǝr yaralandı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr