"Tolerantlıq və dialoq imtina edilməzdir", B.Arınç

Beynəlxalq Turizm və Sülh Konfransında iştirak edən Baş nazir yardımçısı Bülent Arınç çıxış edərək aşağıdakı fikirlərə toxunub.

284060
"Tolerantlıq və dialoq imtina edilməzdir", B.Arınç

  B.Arınç İraq, Suriya, Myanma, Fələstin, Fransa, Əfqanıstan və başqa yerlərdə fərqli inanclara məxsus qrupların birinin digəri üzərində yaratdığı təzyiq, hücum və xoşagəlməz hallara işarə edərək bu vəziyyətin qarşılıqlı anlaşma əsasında yoluna qoymağın mümkün olduğunu söyləyib.

  “Ayrı-seçkilik yeni bir fakt deyil. Amma mədəni baxımdan iç-içə keçən bir dövrdə yaşayırıq. Və tarix boyu qurulan bir çox imperatorluqlarda hər dindən, hər inancdan olan insanların yan-yana və bərabərcə yaşadığı təcrübəsinı də unutmamaq lazımdır” deyərək fikrini bu sözlərlə incələyib: “Hər millətin mədəni qavramı dünyanı öz perspektivindən anlamağa çalışır, digər mədəniyyətləri öz istədiyi kimi şəkilləndirir. Amma mədəni müxtəlifliyi bir məcraya sığdıran insan haqqları, demokratiya və qanunun aliliyi kimi ortaq norma və dəyərlərdir. İnsanlar artıq tək qlobal bir mədəniyyəti qəbul etməyə hazır olmalıdır”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr