MİKTA Xarici İşlər nazirlərinin Toplantısı

Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyanın (MİKTA) 5-ci Xarici İşlər Nazirləri Toplantısı Cənubi Koreyada olub.

284071
MİKTA Xarici İşlər nazirlərinin Toplantısı

  Tədbirdə əsasən BMT Sülh Qüvvələri Əməliyyatları Təhlükəsizlik Şurası, islahatlar, terrorla mübarizə, inkişaf, əməkdaşlıq, iqlim dəyişikliyi və siber təhlükəsizlik məsələləri müzakirə edilib. Eyni zamanda, Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya beşliyinin, yəni qısa adı MİKTA-nın rəsmi web saytının (mikta.org) təqdimatı olub.

  Sentyabr ayından etibarən Avtraliyanın MİKTA-nın koordinasiya ölkəsi olaraq qalması qərarla təsdiqlənib.

  Toplantıda iştirak və çıxış edən Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Suriya böhranının həllinə istiqamətli fikirlərini paylaşıb, Cenevrə Bəyannaməsinin həyata keçirilməsi üçün Suriya rejiminə təzyiq edilməsindən bəhs edib, terrorla mübarizədə ardıcıl strategiya izləməyin vacibliyindən danışıb.

  Xarici döyüşçülərin Türkiyə üçün böyük bir təhdid olduğunu və bu barədə hər an təhlükəsizlik tədbirləri gördüklərini narahatlıqla ifadə edən Çavuşoğlu “Xüsusən bu mövzuda beynəlxalq cəmiyyətlərlə daha çox əməkdaşlıq etmək və kəşfiyyat xarakterli məlumatlar paylaşmağa ehtiyacımız var” deyib.

  Andaman dənizində baş verən immiqrant faciəsinə də toxunan Mevlüt Çavuşoğlu bu problemin aradan qaldırılması üçün Rohingaların Myanmardakı vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində sürətlə işlər görülməsinin lazım olduğunu söyləyib, buna görə Türkiyənin bir milyon dollar yardım edəcəyini və hər cür dəstəyi öhdəsinə götürəcəyini qeyd edib.

  Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Toplantıda iştirak edən həmkarları ilə də ikitərəfli və heyətlərarası görüşlərdə olub.


 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr