Ərdoğan ilə Nəcib Tun Abdürrezzak arasında telefon danışığı olub

Ərdoğan, Türkiyənin Andaman dənizində qalanlara kömək üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib

282072
Ərdoğan ilə Nəcib Tun Abdürrezzak arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Malayziya baş naziri Nəcib Tun Abdürrezzak arasında telefon danışığı olub.
Söhbət zamanı Andaman dənizində qalanlar da olmaqla qaçqın problemi müzakirə olunub.
Ərdoğan, Türkiyənin bu insanlara kömək üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.
Prezident Türkiyənin Beynəlxalq Miqrasiya Təşkilatı ilə BMT Qaçqınlar üzrə Komissarlığın humanitar yardım fəaliyyətlərinə dəstək olmaq məqsədiylə 1 milyon ABŞ dolları ayıracağını bildirib.
Ərdoğan İndoneziya, Malayziya və Tayland başda olmaqla bölgə ölkələri tərəfindən həyata keçirilən işləri təqdir etdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr