"İsrail mühakimә olunmalı"

Diyanət İşləri İdarəsinin rəhbəri Mehmet Görmez Qəzzadadır.

278769
 "İsrail  mühakimә olunmalı"

Diyanət İşləri İdarəsinin rəhbəri Mehmet Görmez Qəzzadadır. Görmez, “2007-ci ildən bu zamana qədər İsrail mühasirəsi altında yaşayan Qəzzalıların, çətin vəziyyətlərin öhdəsindən gələrək kimsənin əldə edə bilmədiyi azadlığa sahib olduğunu” söyləyib. Qəzza İslam Universitetində çıxış edən Mehmet Görmez, “Qəzza, övladlarının gücü və müqaviməti sayəsində məğlub olmadı. Qəzza xalqı azadlıqda yaşayır. Çətinliklərə baxmayaraq ağılları və ürəkləri azadır” deyə bildirib. İsrailin Qəzzaya qarşı törətdikləri barədə danışan Görmez, "İsrail qadağan olunan silahlar istifadə etdiyinə, din və insan haqqlarını pozduğuna görə mühakimə olunmalıdır” deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr