NATO Xarici İşlər nazirləri Antalyada

Türkiyə NATO Xarici İşlər nazirləri toplantısına ev sahibliyi edir.

272113
NATO Xarici İşlər nazirləri Antalyada

  İki gün davam edəcək toplantı əsasən Əfqanıstanda NATO Qərarlı Dəstək Missiyası (RSM) barədədir. 

  İclas Qərarlı Dəstək Missiyası (RSM) çərçivəsində xarici işlər nazirləri səviyyəsində keçirilən ilk görüş sayılır.

  Xarici İşlər naziri Mevlüt Çavuşoğlu konfransın əvvəlində və dünənki mətbuat brifinqində terrorla mübarizədə beynəlxalq təşkilatların və ölkələrin qeyri-kafi qaldığını söyləyib, xüsusən DEAŞ (İŞİD) ilə mübarizədə hava hücumlarının qənaətbəxş olmadığını bildirib.

  Yığıncağın əhəmiyyətli mövzusu Əfqanıstandan danışan Çavuşoğlu Türkiyənin bu ölkəyə istər ikitərəfli, istər regional, istərsə də NATO çərçivəsində yardımlar etdiyini və bu işi davam etdirəcəyini vurğulayıb.

  Mevlüt Çavuşoğlu Rusiya-Ukrayna böhranına da toxunaraq bu məsələnin həllində Türkiyənin dialoq iştirakçısı kimi kömək edə biləcəyini söyləyib.

  Çavuşoğlu Krım tatarlarının təhlükəsizliyilə bağlı ora göndərilən seyrçi heyətinin döndüyünü və yaxınlarda hesabatı təqdim edəcəklərini nəzərə çatdırıb.

  Xarici İşlər naziri mətbuat konfransından sonra kanadalı və əfqanıstanlı həmkarları ilə söhbət edib.

  NATO-nun baş katibi Cens Stoltenberqlə ikitərəfli görüşdən sonra isə Çavuşoğlu axşam yeməyi zamanı Vişeqrad Dördlüyü Xarici İşlər nazirlərilə bir araya gəlib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr