Türkiyə və Avropa İttifaqı ilə Gömrük Birliyi sazişi təzələnir

Bu gün imzalanacaq razılaşma Türkiyənin tələb etdiyi dəyişikliklərin edilməsilə bağlı qapıları açacaq.

271329
Türkiyə və Avropa İttifaqı ilə Gömrük Birliyi sazişi təzələnir

  Avropa İttifaqının 3-cü dərəcəli ölkələrlə etdiyi sərbəst ticarət müzakirələrinə tərəfdar ola bilməyən Türkiyə bu müqavilələrdən mənfi mənada təsirlənirdi.

  Avropa İttifaqının Amerika Birləşmiş Ştatları ilə Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı müqaviləsinin da gündəmə gəlməsi Türkiyənin qayğılarını dilə gətirib.

  15 ay sürən müzakirələr nəticəsində Brüssel Ankaranın tələblərinə müsbət cavab verib.

  İqtisadiyyat naziri Nihat Zeybekçi və Avropa İttifaqı Komissiyasının Ticarət üzrə məsul nümayəndəsi Sesilya Malström bu gün razılaşmanı imzalayacaqlar.

  2016-cı ildə başlanacaq yeniləmə işlərində təməl olan 4 maddə əks olunur:
• Türkiyə qəraralma mexanizmlərində iştirak edəcək.
• Avropa İttifaqının 3-cü ölkələrlə sərbəst ticarət razılaşmalarına Türkiyə də tərəf olacaq.
• Gömrük Birliyi üzrə Türkiyə məhsullarının Avropada sərbəst dövrünə qarşı maneə və kvotalar qaldırılacaq.
• 1996-ci ildə əhatə xaricində buraxılan xidmət, ictimai alış-veriş və kənd təsərrüfatı sektorları müzakirələrə daxil ediləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr