Türkiyə-Qətər Xarici İşlər Nazirləri bir araya gәlib

Türkiyə və Qətər arasında Yüksək Strateji Komitə Xarici İşlər Nazirləri toplantısı Antaliyada baş tutub.

268976
Türkiyə-Qətər Xarici İşlər Nazirləri bir araya gәlib

Türkiyə-Qətər Xarici İşlər Nazirləri bir araya gәlib

Türkiyə və Qətər arasında Yüksək Strateji Komitə Xarici İşlər Nazirləri toplantısı Antaliyada baş tutub.
Yığıncaqda, başda Yəmən olmaqla, bölgədə axan qanın dayanması, sabitliyin bәrqәrar edilmәsi üçün əməkdaşlığın güclәnәrәk davam edəcəyi bildirilib.
Qәtәr Xarici İşlər Naziri Xalid Bin Məhəmməd Әl Attiyah, hәmkarı Mevlüt Çavuşoğlu ilə keçirdiyi görüşdә iki ölkə arasındakı iqtisadi və strateji əlaqələrә toxunub.
Mevlüt Çavuşoğlu, Türkiyənin regional mövzularda Qәtaәr ilə hәmfikir olduğunu ifadə edərək, bildirib ki, " Türkiyә, Yəmən, Suriya, İraq, Liviyada cәrәyan edәn hadisәlәr və buradakı münaqişələrin, terrorun, qanın, göz yaşının, zalım rejimlərin, təzyiqlərin sona çatdırılması mövzusunda Qәtәr ilә həmfikir"dir.
İki nazir, Yəmən mövzusunda qәbul edilәn qәrarlara әmәl edilmәsinin vacibliyini vurğulayıb.
Atəşkəsi nəzərdə tutan bir razılaşmanın imzalandığını ifadə edən qonaq nazir "BMT Təhlükəsizlik Şurasında açıqlanan qərar hәyata keçirilmәlidir. Dava- dərman və humanitar yardımlar ehtiyac sahiblərinə çatdırılmalıdır" deyib.
Mevlüt Çavuşoğlu da, BMT-nin qərarına hər kəsin hörmətlә yanaşmasının riayәt etmәsinin lazım gәldiyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr