Əhməd Davudoğlu Almaniyada yaşayan türk vətəndaşlarla görüşüb

Davudoğlu: “Heç kim uşaqlarımıza, tariximizi təhqir edən tədris verə bilməz”

260335
Əhməd Davudoğlu Almaniyada yaşayan türk vətəndaşlarla görüşüb

Almaniyanın Dortmund şəhərində yaşayan türk vətəndaşlarla görüşən Baş nazir Əhməd Davudoğlu, Almaniyanın 1915-ci il hadisələriylə bağlı atdığı addımlarını tənqid edib.
Almaniya parlamentinə səslənən Davudoğlu, 1915-ci il hadisələriylə bağlı iddiaların yenidən məktəb proqramına salınmasına sərt reaksiya verib. “Heç kim uşaqlarımıza, tariximizi təhqir edən tədris verə bilməz” deyə baş nazir bildirib.
Davudoğlu, 1915-ci il hadisələrinin inteqrasiyanı asanlaşdırmaq məqsədiylə məktəb proqramına salınmasının, səhv olduğunu qeyd edib. Fikir azadlığına hörmətlə yanaşdığını vurğulayan Davudoğlu, tarixin səhv dəyərləndirilməsinin isə əleyhinə olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr