Türkiyə AP-nin qərarını geri qaytardı

Türkiyənin Avropa İttifaqı üzrə Daimi Nümayəndəliyi 15 apreldə Avropa Parlamentinin qəbul etdiyi 1915-ci il hadisələrilə bağlı qərarını qapaq yazısı əlavə edərək geri göndərib.

257145
Türkiyə AP-nin qərarını geri qaytardı

  Avropa Parlamentinin məcburi xüsusiyyət daşımayan bu qərarında 1915-ci il hadisələriylə əlaqədar ermənilərə dəstək verilərək “Türkiyəyə keçmişiylə barışması və bu iddiaları qəbul etməsi” çağırışı edilib.

  Qərarda Türkiyə və Ermənistana “2009-cu ildə imzalanan protokolları qeyd-şərtsiz təsdiqləmək, tətbiq etmək, sərhədləri açmaq və bu əlaqələri normallaşdırmaq yolunda irəliləmək” təklif olunur.

  Avropa Komissiyasında dövri sədr və bəzi parlament üzvlərinin "soyqırım" sözünü istifadəsinə qarşı isə Türkiyə “1915-ci il hadisələrini sadəcə "faciə" adlandırmağa çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr