Erməni diasporu məqsədinə çata bilmədi

Avropa İttifaqı üzrə nazir və baş müşavir Vulkan Bozkır erməni iddialarına dəstək verən ölkələrə üz tutaraq: "Erməni diasporu 24 apreldə çatmaq istədiyi nöqtəyə çata bilmədi” deyib.

257143
Erməni diasporu məqsədinə çata bilmədi

  Volkan Bozkır TRT Xəbər və İdman Yayımları Qurumunun sədri Nasuhi Güngörün gündəmlə bağlı suallarına cavab verərkən sonra belə deyib: "Artıq ətəklərindəki daşları töksünlər, 24 aprel geridə qaldı. Amma biz Türkiyə olaraq hadisələri izlədikcə gördük ki, kim Türkiyənin dostudur, kim deyil. Bunu sakit bir şəkildə, ağır bir şəkildə izlədik. Amma olanlar istər-istəməz xatırlanacaq."

  Bozkır Türkiyənin arxivlərinin həmişə açıq olduğunu, istəyən hər kəsin gəlib baxa, hətta ortaq komissiya qura biləcəyini söyləyib.

  Volkan Bozkır, eyni zamanda, Türkiyənin Avropa İttifaqı üzvlüyündən də vaz keçmədiyini bildirib və deyib: “İflas astanasında olan ölkələrin qurtuluşu Türkiyənin üzvlüyündədir. Çünki son dövrlər Amerika və Avropada bir gündə 500 min adam iş itirdiyi halda, həmin günlərdə Türkiyə 6 milyon yeni məşğulluq sahələri yaradır.”

  Bozkır "Avropa İttifaqının Türkiyəni üzv etməmək kimi fikri yoxdur. Biz buna inanır və o günə hazırlaşır, səy göstəririk" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr