Rəcəb Tayyib Ərdoğan NBC News telekanalına müsahibə verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ''Həmas''ın oz torpaqlarını müdafiə edən müqavimət hərəkatı olduğunu vurğulayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ''Həmas''ın oz torpaqlarını müdafiə edən müqavimət hərəkatı olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası ilə əlaqədar ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NBC News telekanalına müsahibə verib.
Müsahibə zamanı ''Həmas'' məsələsinə toxunan Türkiyə Prezidenti deyib: “Terrorçulara qarşıyıq və mən ''Həmas''ı yaxından tanıyan liderlərdənəm. Mən heç vaxt ''Həmas''a terror təşkilatı deməmişəm. Hazırda da ''Həmas''ı terror təşkilatı hesab etmirəm. Çünki ''Həmas'' öz torpaqlarını müdafiə etməyə çalışan müqavimət hərəkatıdır. Ona görə də mən belə bir müqavimət hərəkatına necə terror təşkilatı deyə bilərəm?''.
''Həmas''ın oktyabrın 7-də həyata keçirdiyi hücumu təkbaşına qiymətləndirmənin düzgün olmadığını vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Pərdənin arxasını araşdırdığımız zaman 7 oktyabra gətirib-çıxaran səbəbləri görə bilərik. Biz onları yaxşı başa düşməliyik. Pərdə arxasında nə qədər fələstinlinin şəhid olduğunu və nə qədər fələstinlinin öldürüldüyünü araşdırdığımızda vəziyyət çox fərqli səviyyələrə çatır”.
Ukraynanın NATO-ya qoşulması məsələsinə də münasibət bildirən Rəcəb Tayyib Ərdoğan ABŞ başda olmaqla NATO-ya üzv bir çox ölkənin Ukraynanın alyansa üzv olmasını istəmədiyini vurğulayıb. R.T.Ərdoğan deyib: “Bu mövzularda qərarlarımızı verərkən təbii ki, digər NATO üzvlərinin də mövqeyini nəzərə alır və ona uyğun qərarlar veririk".
Әlaqәli Xәbәrlәr
Türkiyənin terrorla mübarizəsi davam edir
İraqın şimalında bölücü terror təşkilatı PKK üzvü olan 5 terrorçu zərərsizləşdirilib.