Tatarıstan prezidentindən Türkiyə iş adamlarına çağırış

Rusiya Federasiyasına bağlı Tatarıstan Muxtar Respublikasının prezidenti Rüstəm Minnihanov: "Türkiyə şirkətləri Rusiya bazarına getmək üçün ölkəmizi bir sıçrama taxtası (körpü) kimi istifadə edə bilər" deyib.

257032
  Tatarıstan prezidentindən Türkiyə iş adamlarına çağırış

  Heyətilə Türkiyəyə rəsmi səfərə gələn Minnihanov Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hısarcıklıoğlu ilə bir araya gəlib, "Türkiyə bizim xaricdəki ən mühüm partnyorlarımızdan biridir" söyləyib.

  Hısarcıklıoğlu da öz növbəsində “bu səfərin Türkiyə və Tatar iş adamlarını daha çox qarşılıqlı ticarət və investisiya üçün təşviq edəcəyini” vurğulayıb.

  Görüşdə TOBB ilə Tatarıstan Ticarət və Sənaye Palatası, Türkiyə Elmlər Akademiyasıyla Tatarıstan Elmlər Akademiyası, TEPAV-la Tatarıstan Elmlər Akademiyası, TOBB ETU ilə Tatarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqavilələri imzalanıb.

  TOBB ilə Tatarıstan Ticarət və Sənaye Palatası arasında imzalanan razılaşma ilə qurulacaq olan Ortaq İş Komitəsi 3 ay içərisində bir Ortaq Fəaliyyət Planı hazırlayacaq.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr