Paralel dövlət idarəetmə sistemi qurulması ilǝ bağlı mübarizǝ da

Milli Tǝhlükǝsizlik Şurasının yığıncağında, paralel dövlət idarəetmə sistemi qurmaq vǝ qeyri-qanuni tǝşkilatlanmalara qarşı aparılan mübarizǝnin davam edǝcǝyi vurğulanıb.

256374
Paralel dövlət idarəetmə sistemi qurulması ilǝ bağlı mübarizǝ da

Paralel dövlət idarəetmə sistemi qurulması ilǝ bağlı mübarizǝ davam edǝcǝk.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın rǝhbǝrliyindǝki Milli Tǝhlükǝsizlik Şurasının yığıncağında, paralel dövlət idarəetmə sistemi qurmaq vǝ qeyri-qanuni tǝşkilatlanmalara qarşı aparılan mübarizǝnin davam edǝcǝyi vurğulanıb.
Yığıncaqdan sonra verilǝn açıqlamada bildirilib ki, tǝhlükǝsizliklǝ bağlı olaraq ölkǝ daxili vǝ xaricindǝ baş verǝn hadisǝlǝr dǝ nǝzǝrǝ alınaraq “Milli Tǝhlükǝsizlik Siyasǝti Sǝnǝdindǝ” bir sıra dǝyişikliklǝr edilmişdir. Yığıncaqda hǝmin dǝyişikliklǝr müzakirǝ edildi vǝ bu mövzudakı tövsiyǝ qǝrarının Nazirlǝr Kabinetinǝ bildirilmǝsi mǝnimsǝndi.
İyunun 7-dǝ keçirilǝcǝk parlament seçkilǝrinin dǝ gündǝmǝ salındığı yığıncaqda seçkilǝrin ǝmin-amanlıq içǝrisindǝ keçirilmǝsinǝ dair tǝdbirlǝr müzakirǝ edilib. Ayrıca terror masǝlǝsilǝ bağlı “hǝll prosesi”nin dǝ qǝrarlı şǝkildǝ davam etdirilǝcǝyi vurğulanıb.
Yığıncaqda 1915-ci il hadisǝlǝrinǝ dǝ toxunularaq bildirilib ki, bǝzi ölkǝ vǝ tǝşkilatlar tǝrǝfindǝn verilǝn bǝyanatlar siyasi xüsusiyyǝt daşıyıdığına görǝ tarixi hǝqiqǝtlǝrǝ ziddir vǝ qǝti olaraq qǝbul edilmir.
Suriya, Yǝmǝn vǝ Liviyadakı vǝziyyǝt dǝ regional mövzular çǝrçivǝsindǝ müzakirǝ edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr