Bu gün Rəcəb Tayyib Ərdoğan Küveytə səfər edir

Prezident Rəcəb Tayyib Ərdoğan, bu gün Küveytə edəcəyi səfəri öncəsi Küveyt Xəbər Agentliyinə (KUNA) verdiyi açıqlamada, bölgədə sabitlik, rifah və əmin-amanlığın olması məsələsində Türkiyə ilə Küveytin həmfikir olduğunu bildirib.

251645

Ərdoğan, səfər zamanı xüsusilə Yəmən, Fələstin və Suriya kimi
ölkələrdə yaşanan böhranların həlli mövzusunda fikir mübadiləsi aparılacağını qeyd edib.
Prezident bildirib ki, “Yəməndə sabitliyin bərqərar olunması böyük əhəmiyyət kəsb edir. Türkiyə olaraq, Küveytin də iştirak etdiyi Səudiyyə Ərəbistanının rəhbəri olduğu koalisiya qüvvələrini dəstəkliyirik”.
Suriyalı qaçqınlar barədə danışan Ərdoğan, Türkiyədə 2015-ci ilin aprel ayından etibarən, 1 milyon 700 minə çatan Suriyalı köçkünlər üçün 5,5 milyard dollar xərcləndiyini qeyd edib.
Türkiyənin qaçqınlara qapılarını açdığını vurğulayan Ərdoğan, Suriyada yaşananlara səssiz qalan beynəlxalq ictimaiyyəti qınayıb. Ərdoğan, dünya ölkələrini, Bəşər Əsəd rəhbərliyindəki Suriya rejimi və DEAŞ kimi terror təşkilatlarına qarşı çıxmağa səsləyib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr