Türkiyənin xarici işlər naziri ABŞ-a səfər edib

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Vaşinqtonda ABŞ dövlət katibi Con Keri ilə görüşüb

245334
Türkiyənin xarici işlər naziri ABŞ-a səfər edib

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Vaşinqtonda ABŞ dövlət katibi Con Keri ilə görüşüb. Görüşdə, hər iki dövlətin nüvə silahı mövzusunda həmfikir olduğu vurğulanıb.
Kerry, “DEAŞ” terror qruplaşması ilə mübarizədə qərarlı olduqlarını vurğulayaraq bu mabarizədə Türkiyınin əsas müttəfiq olduğunu bildirib. Çavuşoğlu da öz növbəsində ''12 min 800 nəfərin ölkəyə girişinə qadağa qoyulduğunu, qruplaşmaya qoşulmaq istəyən min 300 xaricinin deportasiya edildiyini söyləyib. Görüşdə Suriyadakı vəziyyət müzakirə olunaraq, “DEAŞ” ilə mübarizə və xarici ölkələrdən gələn silahlılarla bağlı detallar müzakirə edilib. Kerri ilə Çavuşoğlu may ayında Antalyada da görüşəcəklərini bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr