Әrdoğan: "Gündəmimizdə Ermənistan yoxdur"

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün İraq dövlət başçısı Fuad Musam ilə bir araya gәlib.

246142
Әrdoğan: "Gündəmimizdə Ermənistan yoxdur"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İraq dövlət başçısı Fuad Musam ilə keçirdiyi ortaq mətbuat konfransında Van şəhərindəki Akdamar kilsəsinin bərpa edildiyini və müəyyən zamanlarda burada ibadət keçirildiyini deyib.
Ərdoğan qeyd edib ki, ayın 24-də ermənilər bir araya gələrək, özləri çalıb özləri oynayacaqlar. Türkiyəni təhqir edəcəklər. “Biz də Çanaqqalada olacağıq. Amma bizim gündəmimizdə Ermənistan yoxdur. Biz sabah İstanbulda dünyaya sülhdən danışacağıq. Bizim fərqimiz budur. Ermənistan guya onlara acıq verdiyimizi düşünür. Amma bizim belə bir dərdimiz yoxdur”.
Prezident ABŞ prezidenti Barak Obamanın çıxışında “soyqırım” ifadəsini işlətməyəcəyi barədə suala da cavab verib. O, deyib ki, Obamadan belə bir sözü duymaq istәmәrәm vә bunu heç gözləmirәm.
“Türkiyənin Amerikanın yanındakı yeri, bu hadisələrə yanaşması bəllidir. İndi Avropa Birliyi bizim arxamızda deyil, bizdən çox-çox geridədir. Hələ indi arxiv açılmasından danışırlar. Mən 12 ildir ki, hər an arxivləri açmağa hazır olduğumuzu deyirəm. Bu məsələdə biz rhatıq”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr