"Türkiyə bölgənin həqiqətlərini çox yaxşı bilir"

Çavuşoğlu, Vaşinqtonda iştirak etdiyi konfransda Türkiyənin, bölgənin həqiqətlərini çox yaxşı bildiyini və təhlükəsiz hava məkanı yaradılması təklifini irəli sürüb.

243685
"Türkiyə bölgənin həqiqətlərini çox yaxşı bilir"

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Vaşinqtonda iştirak etdiyi konfransda Türkiyənin, bölgənin həqiqətlərini çox yaxşı bildiyini və təhlükəsiz hava məkanı yaradılması təklifini irəli sürüb.

Türkiyənin bir başına belə bir məkan yaratmaq istəmədiyini bildirən Çavuşoğlu, müttəfiq ölkələri razı salmaq üçün səy göstərməyə davam edəcəklərini qeyd edərək "Suriyada təhlükəsiz bölgə mütləqdir. Hal-hazırda Suriya hərbçilərinin hərbi təlimləri proqramı üzərində çalışırıq, bunun üçün də təhlükəsiz bölgəyə ehtiyacımız var” deyə vurğulayıb.
Bundan başqa konfransda bir Somali vətəndaşı söz alaraq, Türkiyəyə Somali üçün etdiklərinə görə təşəkkür edib. Heç kəsin Somaliyə getmədiyi bir dövrdə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın oraya getdiyini bildirən Somali vətəndaşı, ölkəsinin bu günkü günə, Türkiyə sayəsində gəldiyini qeyd edib. O, Ərdoğana Qurani-Kərim göndərmək istədiyini qeyd edərək, hədiyyəsini Səfirlik səlahiyyətlilərinə təqdim edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr