Davudoğlu 1915-ci il hadisǝlǝrinǝ dair açıqlama yayımlayıb

Baş nazir Әhmǝd Davudoğlu 1915-ci il hadisǝlǝrinǝ münasibǝt bildirib.

243506
Davudoğlu 1915-ci il hadisǝlǝrinǝ dair açıqlama yayımlayıb

Baş nazir Әhmǝd Davudoğlu 1915-ci il hadisǝlǝrinǝ dair açıqlama yayaraq deyib ki, mǝcburi köç zamanı hǝyatını itirǝn günahsız Osmanlı ermǝnilǝrini hörmǝtlǝ yad edirik. Ermǝnilǝrin nǝvǝlǝrinǝ başsağlığı veririk. İki qedim xalq bir-birini başa düşe bilǝr vǝ birlikdǝ gǝlǝcǝyǝ üz tuta bilǝr. Bu kamilliyǝ çatmaq mümkündür.
Baş nazir Davudoğlu “hǝrbdǝ yaşananlardan sadǝcǝ Türk millǝtini mǝsul tutmaq vǝ hǝtta nifrǝt ifadǝlǝrilǝ bunları birlǝşdirmǝk vicdan olaraq da hüquq olaraq da problem doğurur. İztirablar arasında ferq qoyulmamalıdır. Üçüncü tǝrǝflǝr isǝ yaraları deşmǝmǝlidir. Bunun ǝvǝzinǝ ǝdalǝtli addım ataraq sülhpǝrvǝr bir mövqey tutmağa üstünlük verilmǝlidir”-deyǝ vurğulayıb.
Davudoğlu aprelin 24-dǝ patrixarxlıqda keçirilǝcǝk dini mǝrasimlǝ Osmanlı ermǝnilǝrinin bütün dünyada olduğu kimi Türkiyǝdǝ yad edilǝcǝyini dǝ xatırladıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr