Xarici İşlər Nazirliyinin Ərbildəki terror aktına dair açıqlamas

Xarici İşlər Nazirliyi Ərbildə təşkil edilən və 2 Türk vətəndaşının həyatını itirdiyi terror hücumunu qınayıb.

240277
Xarici İşlər Nazirliyinin Ərbildəki terror aktına dair açıqlamas

Xarici İşlər Nazirliyi Ərbildə təşkil edilən və 2 Türk vətəndaşının həyatını itirdiyi terror hücumunu qınayıb.
Xarici işlər Nazirliyindən verilən açıqlamada, İraq Kürd Regionunun mərkəzi Ərbildə ötən gün, axşam saatlarında həyata keçirilən bombalı hücumda 2 nəfərin həyatını itirdiyi, ən az 10-nun isə yaralandığı bildirilir.
“İlkin mǝlumatlara görə həyatını itirən iki nəfər Türk vətəndaşıdır, ölǝnlǝrin kimliklǝrinin müəyyənləşdirilməsi işləri isǝ davam edir. Yaralananlar arasında olan 5 vətəndaşımız Ərbil Baş konsolosluğumuzun səlahiyyətliləri tərəfindən ziyarət ediliblər" deyə bildirilən açıqlamada Türkiyənin yaralananların müalicəsi daxil olmaqla hər bir köməyə hazır olduğu qeyd edilib.
Bundan başqa açıqlamada "İraqın və İraq Kürd Regional Rəhbərliyini hədəf alan bu terror aktını şiddətlə qınayır, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara tez bir zamanda şəfa diləyirik" deyə bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr