Washington 16-17 Apreldə G20 yığıncağına ev sahibliyi edәcәk

İyirmilər qrupunun Nazirlər və Mərkəzi Bank sәdrlәrinin növbәti yığıncağı 16-17 Apreldə Washingtonda keçirilәcәk.

235490
Washington 16-17 Apreldə G20 yığıncağına ev  sahibliyi edәcәk

İyirmilər qrupunun Nazirlər və Mərkəzi Bank sәdrlәrinin növbәti yığıncağı Baş nazir müavini Əli Babacanın başçılığında, 16-17 Apreldə Washingtonda keçirilәcәk.
Beynәlxalq Valyuta Fondu (IMF), Dünya Bankı, BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Maliyyə Sabitlik heyəti (FSB) və Beynəlxalq Ödəniş Bankının (BIS) nümayəndələrinin dә qatılacaqları yığıncaqda qlobal iqtisadiyyat, iqtisadi inkişaf, investisiya-infrastruktur, maliyyə tənzimləmələr və vergi məsələləri müzakirə edilәcәk.
Hәmin mәqsәdlә 15 Apreldә ABŞ-na gedәcәk olan Baş nazir müavini, təxminən bir həftə davam edәcәk olan sәfәri çәrçivәsindә , bәzi nazirlər, mərkəzi bank sәdrlәri və beynəlxalq təşkilatların rəhbərləri ilә tәk-bәtәk bir araya gәlәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr