Daha yaxşı bir dünya

İslam peyğəmbəri Hz. Məhəmmədin anadan olmasının ildönümü bu il “Daha yaxşı bir dünya” adı altında Türkiyənin hər yerində qeyd olunacaq.

243828
Daha yaxşı bir dünya

  Diyanət İşləri İdarəsinin sədri Mehmet Görmez İstanbulda “Müqəddəs Doğum Həftəsi” tədbirlərinin təqdimatı konfransında Peyğəmbərimizin birlik içində yaşama əxlaqını onun öz sözləri vurğulayıb:

  “Kin və nifrətin yerini daim mərhəmət və ədalətə ver, düşmən və düşmənliyin yerini daim dost və qardaşlığa ver, riyakarlıq və özünü göstərmənin yerini səmimi olmağa və səmimiyyətə ver. Zədələnən insan ləyaqəti və qürurunu yüksəltmək üçünsə daha çox səy göstər.”

  Diyanət İşləri İdarəsinin sədri Mehmet Görmezin verdiyi məlumata görə, bu ilki tədbirlərin bütün məramı ''Hz. Peyğəmbər və Birlik içində Yaşamaq Əxlaqı''na həsr olunacaq.

  İlk yığıncaq şənbə günü Almaniyanın Köln şəhərində, ikincisi isə İstanbulda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlunun iştirakı ilə reallaşacaq.

  “Müqəddəs Doğum Həftəsi” tədbirlərinin vaxtlarını öyrənmək istəyənlər Diyanət İşləri İdarəsinin internet saytını təqib edə bilərlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr