Baş nazir Ticarət və Sənaye Palatası Şura toplantısında çıxış...

Davudoğlu:”Dünya böhrana qarşı mübarizә edәrkәn Türkiyә iqtisadiyyatı böyümәkdә davam etdi”.

232243
Baş nazir Ticarət və Sənaye Palatası Şura toplantısında çıxış...

Dünya böhrana qarşı mübarizә edәrkәn Türkiyә iqtisadiyyatı böyümәkdә davam etdi. Bunun sirri isә siyasi sabitlikdir. Bunu baş nazir Əhməd Davudoğlu dünən keçirilәn növbәti Ticarət və Sənaye Palatası Şura toplantısında etdiyi çıxışında deyib.
İqtidarları dövründә, ixracat hәcminin 160 milyard dollara qәdәr yüksәldiyini xatırladan Davudoğlu, “Bundan belə iqtisadiyyatı təşviq etmәk üçün yalnız şəhərdә yox qәsәbәlәrdә dә sәrmayә yatırılmasını tәşviq edәcәyik” deyә vurğulayıb. Cənub-şərqi Anadolu şәhәrlәrindәn şura toplantısına qatılanların həll prosesinә sıx toxunduqlarını ifadə edən baş nazir "Həll Prosesi yalnız siyasi, mədəni bir layihə deyil. Eyni vaxtda böyük bir iqtisadi, sosial-iqtisadi layihədir. ölkəmizin inkişafına әn böyük töhvә verәcәk adımdır " deyə vurğulayıb.
Sözlәrinin davamında ümumi seçkilərə toxunan Baş nazir Davudoğlu, iqtidar partiyası üçün seçki iqtisadiyyatı tətbiqi, müxalifət üçün isә yerinә yetirilmәsi geyri mümkün olan vədlər vermәnin aldatmaqdan ibarәt olacağını bildirib. "Biz, Әdalәt vә inkişaf partiyası (AK) olaraq 12 müddәtindә seçki iqtisadiyyatı tәtbiq etmәdik. Yenә 2023-ә qədər davam edәn bir hökumәt proqramı açıqlayacayıq” deyib

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr