Konqolu nazir Türkiyədə

Konqo Respublikası Xarici İşlər və Əməkdaşlıq naziri Basile İkouebe Türkiyədə rəsmi səfərdədir.

231205
Konqolu nazir Türkiyədə

  Xarici İşlər naziri Mevlüt Çavuşoğlu və Konqolu həmkarı nazir Basile İkouebe iki ölkənin Diplomatiya Akademiyaları arasında razılaşma imzalayıblar. Müqavilə iki ölkə arasında diplomat təhsili, informasiya və sənəd mübadiləsi məsələlərini əhatə edir.

  Konqolu Xarici İşlər və Əməkdaşlıq naziri Basile İkouebe dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Sarayında qəbul olunacaq.

  Nazir həm də Baş nazir müavini Numan Kurtulmuşla Türkiyə-Konqo Qarşılıqlı İqtisadi Komissiya Toplantısında iştirak edəcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr