Baş nazirin müavini Bülǝnt Arınç Almaniyada sǝfǝrdǝdir
Arınç görüşlǝrinin ikinci günündǝ Avropalı Türk Demokratlar Birliyinin (UETD) Köln vǝ Krefeldǝki şöbǝlǝrinin açılış mǝrasiminǝ qatılıb.
![Baş nazirin müavini Bülǝnt Arınç Almaniyada sǝfǝrdǝdir](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/8527277572blentarnalmanya.jpg?time=1718806339)
Baş nazirin müavini Bülǝnt Arınç Almaniyada sǝfǝrdǝdir.
Arınç görüşlǝrinin ikinci günündǝ Avropalı Türk Demokratlar Birliyinin (UETD) Köln vǝ Krefeldǝki şöbǝlǝrinin açılış mǝrasiminǝ qatılıb.
Açılış mǝrasimindǝn sonra Viersen şǝhǝrindǝ Әdalǝt vǝ İnkişaf Partiyasının bölgǝ seçki koordinasiya mǝrkǝzindǝ çıxış edǝn Arınç terrorla mübarizǝ mǝsǝlǝsinǝ toxunaraq deyib ki, terrorla heç bir ölkǝ bir başına mübarizǝ edǝ bilmǝz, ancaq digǝr ölkǝlǝr bu sahǝdǝki mǝsuliyyǝtlǝrini yerinǝ yetirmir.
Bülǝnt Arınç Türkiyǝnin inkişaf etmǝsinin, güclǝnmǝsinin, qardaş olmasının bǝzilǝrinin mǝnfǝǝtinǝ zidd düşdüyünü ifadǝ edib.
Arınç iyunun 7-dǝ keçirilǝcǝk parlament seçkilǝrinǝ dǝ toxunaraq seçicilǝri sǝs vermǝyǝ çağırıb.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718806339)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718806339)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq