Sosial Elmlərin tələbələri Ankarada görüşəcəklər

99 müxtəlif universitetin tələbələri Beynəlxalq Tələbə Sosial Elmlər Konfransında iştiraka hazırlaşır.

220285
Sosial Elmlərin tələbələri Ankarada görüşəcəklər

  Xaricidə Yaşayan Türklər və Qohum Cəmiyyətlər İdarəsi və Hacettepe Universitetinin birgə əməkdaşlığı ilə 16-17 may tarixlərində Beynəlxalq Tələbə Sosial Elmlər Konfransı təşkil ediləcək.

  Konfransda dünyanın dörd bir yanından gələn, ictimai elmlər sahəsində təhsil alan tələbələr məlumat mübadiləsi aparacaqlar.

  Tədbir Hacettepe Universitetinin Beytepe şəhərciyində keçiriləcək.

  Konfransa dinləyici olaraq qatılmak istəyən tələbələr 16 maya qədər www.uokongresi.org internet ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr