Yəməndə Səudiyyə Ərəbistanının hərbi əməliyyatı davam edir

Yəməndə Səudiyyə Ərəbistanının liderliyindəki koalisiya qüvvəllərinin Husilərə qarşı başladığı “Sabitlik fırtınası” əməliyyatının ikinci günüdür.

283784
Yəməndə Səudiyyə Ərəbistanının hərbi əməliyyatı davam edir

  Yəmən Səhiyyə Nazirliyinin səlahiyyətliləri hərəkatın başlamasından bu yana 39 adamın öldüyünü açıqlayıb.

  Hərəkat daxilində koalisiya təyyarələrinin Husi hədəflərinə istiqamətli bombardmanı davam edir.

  Səhər saatlarında paytaxt Sanada prezident sarayının ətrafı bombalanıb.

  Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvəlləri indi quru əməliyyatına hazırlaşır.

  Yəmən sərhədinə 150 min əsgər toplayan Səudiyyə Ərəbistanına Misir, İordaniya, Sudan və Pakistan da əsgəri dəstək verəcəyini açıqlayıb.

  Misir strateji Babül Mendeb Boğazında təhlükəsizliyi təmin etmək üçün bölgəyə 4 gəmi göndərib.
ABŞ da boğazın ticarət gəmilərinə açıq qalması üçün bütün tədbirləri görəcəyini bildirib.

  Yəməndən ayrılan prezident Abdurrabu Mansur Hadi isə Səudiyyə Ərəbistanının paytaxtı Riyaddadır. Hadinin Riyaddan Ərəb Birliyi toplantısının ediləcəyi Misirə keçməsi gözlənilir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr